Azərbaycanla strateji əməkdaşlığımızı genişləndirəcəyik - Murat Kurum
- 19.05.2026, 09:59,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

“Türkiyə-Azərbaycan münasibətlərini daha da gücləndirmək üçün bütün imkanlarımızı səfərbər edirik”.
Telexeber.az-ın məlumatına görə, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Azərbaycana səfəri çərçivəsində enerji səmərəliliyi sahəsində mühüm əməkdaşlıq addımı atılıb və forumun açılışından sonra Azərbaycan hökuməti ilə binalarda enerji səmərəliliyinə dair konsensus sənədi imzalanıb. O, WUF13 kimi beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edib.
Murat Kurum çıxışında Azərbaycanla əməkdaşlığın təkcə regional deyil, qlobal əhəmiyyət daşıdığını vurğulayıb:
“İstəyirik ki, bölgəmizdə güclü iki dövlət kimi həm regionumuz, həm də dünya üçün sülhün və təhlükəsizliyin hökm sürdüyü gələcəyin qurulmasına birgə töhfə verək”.
Türkiyəli nazir həmçinin Azərbaycanın COP29 zamanı qazandığı təcrübəyə toxunaraq bildirib ki, Türkiyə də bu il keçiriləcək COP31-ə ev sahibliyinə hazırlaşır. Onun sözlərinə görə, noyabr ayında Antalyada keçiriləcək tədbirə 196 ölkədən 100 mindən çox iştirakçının qatılması gözlənilir.