Bayden vəd verdi: Müharibələri dayandıracam, problemləri həll edəcəm
- 04.03.2021, 19:14,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ prezidenti Co Bayden ölkənin milli təhlükəsizlik strategiyasının əsas prinsiplərini açıqlayıb.
Telexeber.az xəbər verir ki, 24 səhifəlik sənədin xarici siyasətlə bağlı hissəsində problemlərin həllində diplomatiyanın əsas rol oynayacağı vurğulanıb. Bununla belə, ehtiyac olarsa ABŞ güc tətbiq etnəkdən çəkinməyəcək. Sənədə görə, ABŞ müharibələri dayandırmaq və nüvə silahının yayılmasının qarşısını almaq üçün səy göstərəcək.
Tramp adminstrasiyasından fərqli olaraq yeni hakimiyyət Şimali Koreya və İranla bağlı problemləri təzyiq yoluyla deyil diplomatik yolla həll etməyə çalışacaq.