Ermənilər Şuşaya gedən Ukrayna səfirinə qarşı hücuma başladı

Ermənilər Şuşaya gedən Ukrayna səfirinə qarşı hücuma başladıXəbər verdiyimiz kimi, Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Azərbaycanın qədim mədəniyyət beşiyi, mədəniyyət paytaxtı Şuşaya səfəri baş tutub.

Telexeber.az xəbər verir ki, səfərdə iştirak edənlər arasında Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski də olub.
“Xəyal gerçəkləşir! Qarabağın ürəyi və Azərbaycan xalqının mənəvi paytaxtı olan Şuşa şəhərini ziyarət etdim! Bu, həm Azərbaycanın böyük tarixi və mədəni irsi, həm də azad edilmiş ərazilərin genişmiqyaslı yenidənqurma layihələri ilə ilk tanışlıqdır”, - səfir səfər təəssüratlarını tvitter hesabında bölüşüb.

Bundan sonra ermənimeyilli olması ilə tanınan “İnfoteka24”də səfirə qarşı hücum xarakterli yazı dərc olunub. Sayt Şuşanı erməni şəhəri kimi təqdim edərək, ABŞ, Rusiya və Fransa səfirlərinin buraya səfər etməməsini xüsusi vurğulayıb.

Buna cavab olaraq ingilis politoloq, Ukrayna siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi üzrə mütəxəssis Taras Kuzio tvitter hesabında paylaşım edib.

“Ermənilərin Ukraynanın Azərbaycandakı səfirinə hücumu mifik erməni dünyasının reallıqdan uzaq olduğunu göstərir:

1) Prezident Əliyev heç kim tərəfindən “hərbi cinayətkar” elan edilməyib;

2) Ermənistan Azərbaycandan qat-qat daha millətçidir”.
Ermənilər Şuşaya gedən Ukrayna səfirinə qarşı hücuma başladı
Популярный ролик