Ceyhun Bayramov Ermənistan XİN başçısı ilə telefonla danışıb
- 12.04.2022, 08:48,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.
Bu barədə Telexeber.az-a XİN-dən məlumat verilib.
Bildirilib ki, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.