Ermənistanla normallaşma prosesində Azərbaycan “qırmızı xətt”imizdir - Ərdoğan

Ermənistanla normallaşma prosesində Azərbaycan “qırmızı xətt”imizdir - Ərdoğan"Əvvəldən bizim "qırmızı xəttimiz" Azərbaycan idi və mən məmnunam ki, Paşinyan regional sülh və əməkdaşlıq baxımından bizimlə eyni fikirləri bölüşür".

Telexeber.az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:


"Baş nazir Nikol Paşinyanla hər iki ölkənin dini bayramları çərçivəsində telefonda danışdıq. Təbii ki, ölkəmizlə Ermənistan arasında normallaşma prosesini də müzakirə etdik. Əvvəldən bizim "qırmızı xəttimiz" Azərbaycan idi və mən məmnunam ki, Paşinyanın regional sülh və əməkdaşlıq baxımından bizimlə eyni fikirləri bölüşür. İndi onlardan konkret addım atacaqlarını gözləyirik".

Ərdoğan bildirib ki, Azərbaycanla koordinasiyalı şəkildə Türkiyə Ermənistanla olan əlaqlərini genişləndirilir:

"Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik. Biz həmçinin tam normallaşma və mehriban qonşuluq münasibətləri qurmağı hədəfləyirik. Bu gün Türkiyədə 100 mindən çox erməni yaşayır. Bizim vətəndaşımız olan ermənilər də var, vətəndaş olmağa razı olan ermənilər də. Bu, bizim yanaşmamızı göstərir. Biz Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla olan yaxınlığımızı inkişaf etdiririk”.
Популярный ролик