Brüsseldəki bu şəkil erməniləri TƏŞVİŞƏ SALDI - FOTO
- 01.09.2022, 10:14,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş keçirilir. Görüş Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil olunub.
Telexeber.az-ın məlumatına görə, görüşdən əvvəl Prezident İlham Əliyev və Nikol Paşinyanın fotosu erməni seqmentində təşviş yaradıb. Ermənilər yazırlar ki, Baş nazir Nikol Paşinyan Azərbaycan lideri qarşısında aciz durumdadır.
Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan isə feysbuk hesabında Paşinyanın artıq məğlub olduğunu yazıb:
"Artıq fotolardan hər şey aydındır. Bədən dili bu barədə hər şeyi deyir. Axşam növbəti məğlubiyyət mesajını gözləyək", deyə o qeyd edib.