Polşaya düşən raketlə bağlı rəsmi açıqlama "Rusiya istehsalıdır"

Polşaya düşən raketlə bağlı rəsmi açıqlama "Rusiya istehsalıdır"Polşa Xarici İşlər Nazirliyi Rusiya istehsalı olan raketlərin Polşa ərazisinə düşməsi ilə bağlı açıqlama yayıb.

Telexeber.az xəbər verir ki, Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev izahat üçün Polşa XİN-ə çağırılıb.


"Noyabrın 15-də bir neçə saat ərzində Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən Ukraynanın bütün ərazisinin və onun infrastrukturunun kütləvi şəkildə atəşə tutulması müşahidə olunub. Saat 15:40-da Pşevoduv kəndinə Rusiya istehsalı olan raket düşüb. Hadisə nəticəsində iki Polşa vətəndaşı ölüb", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, dünən Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olub.
Популярный ролик