Paşinyan KTMT sammitinin bəyannaməsini nəyə görə imzalamayıb?
- 24.11.2022, 09:56,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Xəbər verdiyimiz kimi, dünən Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası baş tutub.
Telexeber.az xəbər verir ki, iclas Ermənistan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.
Ermənistan Baş nazirinin saytında bildirilib ki, Paşinyanın bəyannaməni imzalamaqdan imtina etməsinə səbəb Ermənistana ayrılan yardımla bağlı tədbirlərin onu qane etməməsidir:
"KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında" layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm", - deyə Nikol qeyd edib.