"Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təminində müsbət rol oynayacaq" - XİN başçısı
- 13.12.2022, 08:55,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təminində müsbət rol oynayacaq".
Telexeber.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib.
"Bölgədəki nəqliyyat və kommunikasiya əlaqələri kontekstində Transxəzər Şərq-Qərb Orta Dəhlizin geniş iqtisadi və investisiya imkanlarını və Azərbaycandan keçən tranzit axınlarının 2022-ci ildə 70% artdığını qeyd etmək istərdim. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində formalaşan nəqliyyat qovşağı, o cümlədən Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təmin olunmasında müsbət rol oynayacaq, bölgədə ticarətin inkişafına töhfə verəcək", - nazir bildirib.