Türkiyə səfiri həlak olan tələbələrlə bağlı paylaşım etdi
- 16.02.2023, 08:30,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Malatyada zəlzələ nəticəsində həlak olan tələbələrimizlə bağlı paylaşım edib.
Telexeber.az xəbər verir ki, diplomat tviter səhifəsində tələbələrin ailələrinə səbir diləyib: "Ölkəmizdə baş verən zəlzələdə həyatını itirən azərbaycanlı universitet tələbələrimizə Allahdan rəhmət, kədərli ailələrinə və yaxınlarına başsağlığı diləyirik".
Qeyd edək ki, fevarlın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Şahin Verdiyev, S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə adlı azərbaycanlı tələbələr dağıntılar altında qalaraq həlak olublar.