Xalq artistlərinin ailəsində daha bir itki
Facebook
Вконтакте
Одноклассники
Google+

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalara daha bir itki üz verib.
Telexeber.az axşam.az-a istinadən xəbər verir ki, onların bibisi dünyasını dəyişib.
Bu barədə İTV-də yayımlanan “Gəl, qonaq ol” proqramında Gülyanaq Məmmədova məlumat verib:
“Martın 15-i bibim rəhmətə getdi. Orada yas mərasiminə icazə yoxdur deyə Şəkiyə gəldik. Martın 17-dən ailəmizlə birlikdə buradayıq”.
Qeyd edək ki, ötən ilin sonlarında xanəndələrin bacısının həyat yoldaşı avtomobil qəzasında dünyasını dəyişmişdi.