
Azərbaycanda ali təhsil və doktorantura səviyyəsində təhsil alan tələbələrə aylıq dövlət təqaüdləri ödənilir.
Telexeber.az-ın məlumatına görə, təqaüd məbləğləri təhsil pilləsi və tələbənin akademik göstəricilərindən asılı olaraq fərqləndirilir:
Bakalavriat səviyyəsi üzrə:
- Akademik göstəriciləri 91–100 bal olan tələbələrə 175 manat;
- 71–100 bal arası nəticə göstərənlərə 145 manat;
- 51–100 bal arası göstəricilərə sahib olanlara isə 100 manat məbləğində aylıq təqaüd verilir.
Magistratura səviyyəsi üzrə:
- Akademik göstəriciləri 91–100 bal olan tələbələr 195 manat;
- 71–100 bal arası olanlar 160 manat;
- 51–100 bal arası nəticə göstərənlər isə 110 manat təqaüd alır.
Doktorantura pilləsi üzrə təqaüdlər:
- Elmlər doktoru hazırlığı üzrə doktorantlara 400 manat;
- Fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara isə 240 manat aylıq təqaüd ödənilir.