10-cu siniflərin elektron yerdəyişməsi başlayır
- 12.08.2025, 12:04,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün saat 11:00-da 2025-2026-cı tədris ili üzrə 10-cu siniflərin yerdəyişməsinə start verilir.
Telexeber.az xəbər verir ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Yerdəyişmə prosesi imtahanla həyata keçirilən müəssisələr üzrə imtahanlar 16-17 avqust tarixlərində həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməyini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, 2-9 və 11-ci siniflər üçün yerdəyişmə 5 avqust saat 15:00-dan başlayıb.
Proses 20 avqust 18:00-a qədər davam edəcək.