Bu gündən bəzi məktəblərdə dərslər distant olacaq
- 18.05.2026, 09:16,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

18 maydan Bakının 7 rayonunda yerləşən məktəblərdə tədris distant formada keçiriləcək.
Telexeber.az xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi müddətdə Bakı şəhərinin Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant formada olacaq.
Qərar Bakının Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarındakı məktəblərə aid deyil.