BDU-da 8 qrup distant təhsilə keçdi
- 29.10.2021, 08:50,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakı Dövlət Universitetində 8 qrup distant təhsilə keçirilib.
Telexeber.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, universitetdə 7 qrup distant təhsilə keçirilmişdi. Dünəndən isə daha bir qrup distant təhsilə cəlb edilib. Həmin qruplarda məsafədən tədris iki həftə davam edəcək.