20 nömrəli məktəb-lisey yenidən distant təhsilə keçdi

20 nömrəli məktəb-lisey yenidən distant təhsilə keçdiBakıda 20 nömrəli məktəb-lisey yenidən distant tədrisə keçib.

Telexeber.az xəbər verir ki, təhsil müəssisəsi fəaliyyətini fevralın 4-dən distant təhsil formasında davam etdirəcək.
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 20 nömrəli məktəb-liseydə əyani tədris prosesinin yeddi gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov faktı saytımıza təsdiqləyib.

Qeyd edək ki, təhsil müəssisəsi ötən il oktyabrın 18-dən iki həftəlik distant tədrisə keçmiş, oktyabrın 30-dan isə karantinin müddəti daha 10 gün uzadılmışdı.
Популярный ролик