Ölkəmizdə soyadların milli formaya keçilməsi məsələsi illərdir ki, müzakirə olunur. soyadlarımızın imperiya əsarətindən xilas olması məqsədilə bir sıra addımlar atılsa da, “ov”, “yev” sonluqlarından xilas olanların sayı xeyli azdır. Statistikaya görə, bu günə kimi azərbaycanlıların 80%-ə qədəri -ov, -yev soyad sonluqlarını daşımaqdadır. Bəs bu problemin həll oluna bilməməsinin əsas səbəbi nədir?
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Rauf Arifoğlu – Jurnalist: “Əsas məsələ və problem ondan ibarətdir ki, dövlət bu məsələyə bir az liberal yanaşdı və məcburiyyət qoymadı, hər kəsi öz ümidinə buraxdı. Bunuda nəticəsi ondan ibarətdir ki, yalnız çox cüzi çox az bir hissə bu adlardan imtina edib”.
Milli Məclisin deputatı Fazil Mustafa düşünür ki, bu məsələdə məcburiyyət olmamalıdır .
Fazil Mustafa – Milli Məclisin deputatı: “İnsanlara şans verilməlidir ki, onlar özləri könüllü şəkildə bu soyada keçsinlər. Məcburi qaydada keçmək olar amma məcburi qayda da bir çox insanlar dəyişimi hələki həzm etmək istəmirlər, ya da məqsədəuyğun saymırlar, nəsildən nəsilə ötürülən soyadı qorumağa daha çox üstünlük verirlər”.
Lakin bu iddia ilə həmfikir olmayanlarda var:
Rauf Arifoğlu – Jurnalist: “Nə qədər gec olsa da, yenə olmalıdır, bu proses baş verməlidir, Azərbaycanı əhatə etməlidir. Azərbaycan parlamenti bununla bağlı bir qanun qəbul etməlidir, soyadlar məcburi olaraq milliləşdirilməlidir. Bu hər bir millət üçün bir identifikasiya kodudur, bu mütləq lazımdır”.
Soyad məsələsində digər fikirayriligi yaranan məsələ milli sonluqlarla bağlidir. -li, -lu, -soy, -zadə kimi sonluqlat təklif edilir. Lakin Türkiyədə olduğu kimi sonluqsuz soyadlara üstükluk vərənlər də çoxalmaqdadır.
Fazil Mustafa – Milli Məclisin deputatı: “Mən prinsip olaraq öz soyadımda olduğu kimi heç bir şəkilçisiz soyadın qəbul olunmasına üstünlük vermişəm. Hər bir halda könül istərdi ki, hamı dəyişsin və milli soyadımız olsun amma bunu tədricən etmək və insanların öz iradəsinə buraxmaq məncə daha doğrudur”.
Artıq bəzi possovet ölkələri “-ov”, “-yev” sonluğundan imtina edib. Son olaraq isə Tacikistan oxsar addımı atıb. Ölkə rəsmiləri ruslardan qalma bu ənənəyə son vermək qərarına gəlib.
Rauf Arifoğlu – Jurnalist: “Bu adın dəyişməsi əslində kompleks sənədlərin dəyişməsinə gətirib çıxarmalıdır. Əgər vətəndaşın vizası varsa o vizaların da ləğvinə gətirib çıxarır, çünki sənəd dəyişir”.
Qeyd edək ki, ötən il ərzində soyad sonluğunun dəyişdirilməsi üçün qeydiyyat orqanlarına 2308 müraciət daxil olub və onların hamısı təmin edilib.