Əməkdar jurnalist xəstəlikdən vəfat etdi
- 02.02.2024, 10:12,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Əməkdar jurnalist Rəhman Orxan uzun sürən xəstəlikdən vəfat edib.
Telexeber.az xəbər verir ki, o, uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemlərdən əziyyət çəkən jurnalist bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.
Mərhum jurnalist 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.
Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.