Bakıda kirayəçi qaldığı evi mənimsəmək istəyir - VİDEO

Binəqədi rayonu Rəsulzadə qəsəbəsində ev sahibi və kirayəçi arasında mübahisə düşüb.

Telexeber.az xəbər verir ki, kirayəçi Həsən Qurbanov 13 ildir yaşadığı evin ona aid olmasını iddia edir. Ev sahibi Samirə Orucova bildirib ki, Həsən Qurbanov yanvar ayından etibarən kirayəni verməkdən və evdən çıxmaqdan imtina edir:
"13 ildə hər zaman kirayə pulunu vaxtlı-vaxtında verib. Mən bu ilin yanvar ayında onlara oğlumu evləndirəcəyim üçün evi satmaq istədiyimi dedim və evdən çıxmalarını istədim. Elə həmin gündən də bizim davamız başlayıb. Həsən Qurbanovun əlində heç bir sənəd olmadığı halda evimin ona aid olduğunu iddia edir və evimdən çıxmır”.

Daha ətraflı "Real TV"nin süjetində:
Популярный ролик