
ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz.
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Masallı musiqi məktəbin direktoru Fərhad Qurbanovun adının olması kimsəyə sirr deyil.
Fərhad Qurbanov Qazilərin, Şəhid ailələrinin, Veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Fərhad müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə hər zaman hazırdır.
Cənab Prezidentimiz uşaq musiqi məktəblərinə xüsusi diqqət yetirir. İri şəhərlər daxil olmaqla, Azərbaycanımızın bir çox rayonlarında müasir standartlara cavab verən musiqi məktəbləri tikilib istifadəyə verilmişdir. Müasir musiqi məktəblərində uşaqlar üçün hər cür şərait yaradılır.
Bu gün ölkəmiz ümummilli lider H.Əliyevin əsasını qoyduğu müdrik, uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf etməkdədir. Bu yolun layiqli davamçısı cənab prezidentimiz İ.Əliyevin uğurlu, daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizdə cənab prezidentimizin tapşırığı altında aparılan quruculuq işləri istənilən sahədə özünü doğrultmuşdur. O cümlədən ictimai rəyə əsaslanaraq desək, uşaq musiqi məktəblərinə olan diqqət və qayğı daima ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın nəzarətindən yayınmır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana,Masallı musiqi məktəbin direktoru Fərhad Qurbanov a biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.