Mənəvi keyfiyyətlər insanı ucaldır


Bu təlatümlü, qarışıq dünyamızda yaxşı bir insan haqda yazmaq istəyərkən, saatlarla fikirləşib, götür-qoy edirsən. Azərbaycan ədəbiyyatında, dilində 100 minə yaxın söz olmasına baxmayaraq, fikrini, o təəssüratını, bir yerə toplamaqda çətinlik çəkirsən.

Bəzən də, haqqında yazacağın adamın kimliyi səni hərtərəfli qane etdiyindən, sözlər bir-bir növbəyə durur. Sənsə özün-özünə hesab verirsən, görən bu şəxsə hansı, nə kimi sözlər ünvanlansa daha yaxşı olar?!

Onda bir qədər fikirləşib, dəyərli sözləri sıraya düzməyə başlayırsan.
Dünya yaranan gündən cəmiyyətin inkişafında hər bir peşə, sənət sahibləri öz sözlərini deyib, cəmiyyətin inkişafına töhfələrini vermişlər.
Bunlardan ən dəyərlisi, ən ümdəsi uşaq musiqi məktəbinin müəllim heyətidir,musiqi ruhun qidasıdır.
Cəmiyyətdə elə peşə sənət sahibləri var ki, onlar gördükləri əməli fəaliyyətlərini reklam etdirməkdən imtina edib, xoşlamırlar. Lakin onların əməli fəaliyyətləri insanlar, mühit, cəmiyyət tərəfindən dəyərləndirilir.
Heç də təsadüfi deyildir ki, qədim yunan filosofu Sokrat insanlarda fəzilət yaratmaq yolları aşılamağı, ən ali məktəb adlandırmışdı.
Haqqında danışmaq istədiyim Hacıqabul şəhər müxtəlif kateqoriyadan olan, onlara mənəvi qida verən,Hacıqabul şəhər uşaq musiqi məktəbinin direktoru Mehdiqulu Fərəcovdur.
Mehdiqulu müəllim haqda bir sıra insanlardan eşitmiş, onunla təmasda olmamışdım. Bu üzbəüz görüş, bir təsadüfdən yaranmışdı.
Əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq, qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik?
...Bu gün Hacıqabul şəhərində onu hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir.Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu adamı hansı sahədə işləməyindən asılı olmayaraq peşəkar kadr kimi məşğul olduğu sahələrdə, ictimai-siyasi prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirilir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.
Mehdiqulu Fərəcov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan rəhbər kadrlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Mehdiqulu Fərəcovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun!!!
Популярный ролик