Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır-Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov


Allah ruzini bizə verir ki, onu paylaşmağı, ehtiyacı olanla bölməyi də unutmayaq. Unuduruqsa, bu insan olsaq da insaniyyətdən xəbəri olmamaq deməkdir bizim üçün. Ona görə ki, əgər xeyirxahlıq məhfumu olmasaydı, insanlıq da olmazdı.
Xeyirxahlıq və yardım həm maddi, həm də mənəvi olur. Yardımlaşmanın ən qiymətlisi mənəvi yardımlaşma hesab olunur. Bu gün dünyada insanlar maddi vəziyyəti pis olanlar, həmçinin müharibədən, təbii fəlakətdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, təşkilatlar qururlar. Təbii ki, bu cür işlərin həyata keçirilməsi çox faydalıdır.Unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığın cəmiyyətin ən layiqli üzvünə çevirir. Bir çox savab işlər görüb xeyirxahlıq edərək əsl insanlıq nümayiş etdirən şəxslərdən biri də Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynovdur.
Onun gördüyü xeyir işlərin sayı-hesabı yoxdur. O, bir çox ehtiyac sahiblərinə, eləcə də köməyə ehtiyacı olan hər kəsə öz səlahiyyətləri çərçivəsində istənilən köməkliyi göstərmiş və hər zaman əlindən gələn heç bir şeyi əsirgəməmişdir. Onu da qeyd etmək lazımdır ki, Fərhad Hüseynov insani keyfiyyətləri özündə birləşdirməklə yanaşı işinin də əsl bilicisidir.
Fərhad Hüseynov vəzifə borcunu layiqincə yerinə yetirməyi eləcə də fəaliyyət göstərdiyi sahə üzrə ən perspektivli işlərin həyata keçirilməsini təmin etməyi bacaran insandır. Burdan da məlum olur ki, Fərhad müəllim yüksək insani keyfiyyətlərə malik, həm də işinin əsl peşəkarı olan bir şəxsdir.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib geridə qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Gələcək nəsil üçün nümunə olacaq şərəfli bir ömür yolu keçmisən. Bu yazıda məhz elə insanlardan birinin-gözəl insan, xeyriyyəçi Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Fərhad Hüseynov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.
Fərhad Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur.Onların heç bir müraciətini geri çevirməyən Fərhad müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov a xidmətində uğurlar arzu edirik.
Популярный ролик