Bank kartları ilə ödənişdə problem yaşanır
- 15.10.2025, 09:58,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanda bank kartları vasitəsilə aparılan ödənişlərdə problemlər müşahidə olunur.
Telexeber.az-ın məlumatına görə, bu barədə oxucular tərəfindən şikayətlər daxil olub.
Bildirilir ki, hazırda mobil tətbiqlər üzərindən ödəniş həyata keçirmək mümkün deyil. Problemin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, marketlərdə və Bakı metrosunda nağdsız ödənişlərlə bağlı problemə görə sıxlıq yaşanıb.