Bu şəxslərə sürücülük vəsiqəsi verilmir
- 28.10.2025, 09:24,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Sürücülük vəsiqəsi almaq istəyən hər kəs müəyyən tələbləri yerinə yetirməlidir. Əsas şərtlər arasında uyğun yaş həddi, tibbi müayinədən keçmək və nəzəri-praktiki imtahanları uğurla vermək yer alır. Namizədin sağlamlıq durumu avtomobil idarə etməyə imkan verməli, həmçinin qanun qarşısında məhdudiyyətinin olmaması vacibdir.
Telexeber.az-ın məlumatına görə, bəzi şəxslərə ümumiyyətlə, sürücülük vəsiqəsi verilmir.
Belə ki, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 14-cü maddəsindən 40-cı maddəsinədək göstərilən hallara uyğun gələn şəxslər sürücülük vəsiqəsi ala bilməzlər.
Qeyd edək ki, vəsiqə almaq üçün şəxsiyyət vəsiqəsi, tibbi arayış, təhsil sənədi və sürücülük kursunu bitirdiyini təsdiqləyən arayış təqdim olunmalıdır.