Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edildi
- 26.11.2025, 09:33,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

“Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 29 və 30 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Telexeber.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb
Bildirilib ki, sərnişinlər, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.