Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edildi
- 19.12.2025, 09:43,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 26, 27, 28 və 29 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
Telexeber.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb
Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:12-də yola düşəcək.
Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olar.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və yaxud "ADY Mobile" tətbiqindən əldə etmək olar.