Çinarə Fətəliyevaya vəzifə verildi
- 11.03.2026, 14:09,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) yeni kadr təyinatı olub.
Telexeber.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Çinarə Fətəliyeva AYNA-nın İnsan resursları departamentinin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ç.Fətəliyeva yeni təyinatadək aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agro Dairy” şirkətində İnsan Resursları Əməliyyatları və Ekspertiza Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.