Rahim Hüseynova yüksək vəzifə verildi
- 03.06.2025, 14:54,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yeni təyinat olub.
Telexeber.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Rahim Mahir oğlu Hüseynov Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.
O, hazırkı vəzifəsinə qədər Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri vəzifəsində işləyib.