"Bizimləsən" və "Rəngarəng"in yayımı dayandırıldı
- 18.03.2026, 09:37,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.
Telexeber.az Oxu.az-a istinadən xəbər verir ki, "Bizimləsən" və "Rəngarəng" proqramları efirdən çıxarılıb.
Kanalın mətbuat xidmətindən bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".
Eyni zamanda, ARB kanalında da ciddi efir dəyişikliklərinin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.