Bu marşrut üzrə yeni dayanacaqlar təyin edildi
- 01.04.2026, 12:41,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakı-Balakən-Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar verilir.
Telexeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, bu gündən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır. Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.
Yeni dayanacaqların verilməsindən sonra hərəkət qrafiki də yenilənib: https://ticket.ady.az/az/yeni-hereket-cedveli