"Toylar iki saat müddətində, 50 nəfər iştirak etməklə..." - Deputatdan toylarla bağlı təklif
- 01.06.2020, 10:17,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

“Toyların keçirilməsi məsələsi öz həllini tapmalıdır”.
Telexeber.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, karantin rejimi dövründə toylar iki saat müddətində keçirilməlidir.
"İnsanlar xərc çəkiblər, toy gözləyirlər. Toylar iki saat müddətində, 50 nəfər iştirak etməklə və sosial məsafə gözlənilməklə keçirilə bilər", - deyə F.Mustafa bildirib.