Heydər Əliyev irsi Azərbaycanın inkişaf yolunu işıqlandırır – Xudayar Rəhimov


10 may müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Azərbaycanın dövlətçilik tarixində silinməz iz qoyan dahi şəxsiyyətin zəngin siyasi irsi bu gün də ölkəmizin inkişaf yoluna işıq tutur.

Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycan ağır və mürəkkəb sınaqlardan uğurla çıxaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyub. Dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, iqtisadiyyatın inkişafı və xalqın rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən mühüm islahatlar bu gün də böyük ehtiramla xatırlanır.

46 saylı Cəlilabad Yol İstismar İdarəsinin rəisi Xudayar Rəhimov da 10 may münasibətilə ulu öndərin əziz xatirəsini ehtiramla yad edib. O bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar lider, uzaqgörən dövlət xadimi kimi yaşayır və onun müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunub ki, ölkəmizdə yol-nəqliyyat infrastrukturunun inkişafı, regionların abadlaşdırılması və insanların rahat yaşayışının təmin olunması istiqamətində görülən işlərin təməlində də məhz ulu öndərin müəyyən etdiyi dövlətçilik prinsipləri dayanır.

Bu gün Azərbaycan xalqı Heydər Əliyevin əziz xatirəsini böyük sevgi və sonsuz ehtiramla yad edir. Ulu öndərin zəngin siyasi məktəbi və xalqına bəxş etdiyi müstəqil Azərbaycan onun ən böyük və əbədi əsəri olaraq yaşayır.
Популярный ролик