Dr. Şövkət Əliyeva ətrafında qalmaqal səngimir: Səhiyyə sistemində cavabsız qalan suallar


Azərbaycan səhiyyəsində son illər baş verən ən rezonanslı hadisələrdən biri plastik cərrahiyyə sahəsində aparılan yoxlamalar və onların nəticələri olub. Həmin proseslər zamanı adı gündəmə gələn şəxslərdən biri də Dr. Şövkət Əliyevadır.

Plastik cərrahiyyə fəaliyyəti üzrə sertifikatının ləğv edilməsi barədə yayılan məlumatlar cəmiyyətdə ciddi müzakirələr yaradıb. İnsanlar haqlı olaraq soruşurlar: insan sağlamlığı ilə bağlı belə mühüm qərar hansı əsaslarla qəbul olunub və niyə bu günə qədər bütün suallara tam aydınlıq gətirilməyib?

Səhiyyə sektoru adi fəaliyyət sahəsi deyil. Burada söhbət insanların sağlamlığından, görünüşündən, bəzən isə həyatından gedir. Məhz buna görə də sertifikatın ləğvi kimi ciddi qərarlar ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır. Belə hallarda susqunluq və qeyri-müəyyənlik narahatlığı daha da artırır.

İctimaiyyət cavab gözləyir. Sertifikatın ləğv edilməsinə səbəb olan amillər nədən ibarət olub? Aparılmış yoxlamaların nəticələri nəyi ortaya qoyub? Bu qərarın qəbuluna səbəb olan faktlar niyə tam şəkildə ictimaiyyətə açıqlanmır?

Səhiyyə sahəsində etimad ən böyük kapital hesab olunur. Hər hansı mübahisəli qərar isə həmin etimadın sarsılmasına səbəb ola bilər. Məhz buna görə də bu məsələyə dair bütün məqamların şəffaf şəkildə açıqlanması həm pasiyentlərin məlumat almaq hüququ, həm də səhiyyə sisteminə inamın qorunması baxımından vacibdir.

Bu gün əsas tələb aydındır: ictimai maraq doğuran suallar cavabsız qalmamalıdır. İnsanlar sağlamlıqlarını etibar etdikləri sistemdən şəffaflıq, hesabatlılıq və aydın mövqe gözləyirlər.
Bizi izləməyə davam edin,gələn səhvəmizdə Dr. Şövkət Əliyevanın uğursuz əməliyyatlarının qurbanları danışacaq.
Популярный ролик