İcra başçısının birinci müavini işdən çıxarıldı - FOTO


Naxçıvanda icra başçısının birinci müavini vəzifəsindən azad edilib.



Telexeber.az Anz.az-a istinadən xəbər verir ki, bununla bağlı Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov sərəncam imzalayıb.
Sərəncama əsasən, Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Nurəddin oğlu Məmmədxanlı tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Emin Məmmədxanlı Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə 2023-cü ilin sentyabr ayında təyin olunmuşdu.

Популярный ролик