63 yaşlı qadın mənzilində ölü tapıldı
- 08.07.2021, 10:19,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda mənzildə 63 yaşlı qadının meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Musayeva Zərifə Əlimurad qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.