Lənkəranda 12 yaşlı oğlanı maşın vurdu
- 07.02.2022, 09:27,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Lənkəranda avtomobil 12 yaşlı yeniyetməni vurub.
Telexeber.az xəbər verir ki, hadisə Lənkəran-Baradigah yolunun Şağlaser kəndindən keçən hissəsində baş verib.
Belə ki, Şağlaser kənd sakini, 2010-cu il təvəllüdlü Şahmurad Şahlar oğlu Əzimovu velosipedlə hərəkətdə olarkən 1962-ci il təvəllüdlü Mürşüd Dadaş oğlu Əhədovun idarə etdiyi “Niva” markalı avtomobil onu vurub. Y
aralı hadisəni törədən sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ş.Əzimova sağ bazunun kəsilmiş yarası diaqnozu qoyulub və o əməliyyat edilib. Hadisəyə səbəb kimi avtomobilin idarəetmədən çıxaraq səkiyə çıxdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.