Velosipedçini maşın vurdu

Velosipedçini maşın vurduİyulun 14-də saat 23 radələrində Yevlax rayonunun Nemətabad kəndi ərazisində Bakı şəhər sakini A.Cəlilov idarə etdiyi “Nissan” markalı avtomobillə velosiped sürən kənd sakini Paşa Qasımovu vurub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Telexeber.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, hadisə nəticəsində velosipedçi ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Популярный ролик