Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb
- 21.07.2022, 12:04,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Şəmkir rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 20-də saat 7 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakini E.Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Telnaz Qasımovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.