Yuxarı Qarabağ kanalında bir nəfər batıb
- 20.08.2022, 09:52,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Yuxarı Qarabağ kanalında bir nəfər batıb.
Bu barədə Telexeber.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.