Yuxarı Qarabağ kanalında qadın meyiti tapıldı
- 01.11.2021, 09:17,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Qarabağ kanalının Bərdə rayonu, Həsənli kəndi ərazisindən keçən hissəsində qadın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə kanalın Həsənli kəndi ərazisindən keçən hissəsində aşkar edilən naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.