Mərkəzi Bankdan VACİB QƏRAR: Bu şəxslərin kredit alması...

Mərkəzi Bankdan VACİB QƏRAR: Bu şəxslərin kredit alması...Mərkəzi Bank bankların aktivlərinin risk qrupları üzrə tələbləri sərtləşdirib. Bu isə rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə kredit almasının çətinləşməsi deməkdir. Tələblərin sərtləşdirilməsi məsuliyyətli və sağlam kreditləşmənin təmin edilməsi, o cümlədən əhalinin izafi borclanmasının qarşısının alınmasıdır.

Azərbaycanda rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə kredit almaq çətinləşəcək.


Mərkəzi Bank bankların aktivlərinin risk qrupları üzrə tələbləri sərtləşdirib. Hədəflərdən biri əhalinin izafi borclanmasının qarşısının alınmasıdır.

İqtisadçı ekspert bildirib ki, Mərkəzi Bank qəbul etdiyi meyarlarla müəyyən mənada bu istiqamətdə əvvəlcədən qabaqlayıcı tədbirlər görməyə çalışır. Kommersiya bankının, rəsmi gəlirinin yarısı və ya yarısından yüksək məbləğdə kredit götürmək istəyən vətəndaşdan yüksək faiz alması sərfəsiz olacaq. Çünki, orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən yüksək olan faizlər ilə verilən istehlak kreditləri bankların aktivləri üzrə risk əmsalını artıracaq.

"Bu gün Mərkəzi Bank tərəfindən qəbul edilən qərar istehlak kreditlərinə çıxış imkanlarını müəyyən mənada çətinləşdirməklə gələcəkdə bu istiqamətdə borclanma səviyyəsinin artmasının qarşısını almağa, risklərin qismən azaldılmasına hədəflənməklə yanaşı, faizlərin də ağlabatan səviyyədə olmasını təmin etmə istiqamətlidir" - deyə ekspert vurğulayıb.
Популярный ролик