"BakuBus"ın sürücüsü yaşlı piyadanı vurub öldürərək hadisə yerindən qaçdı
- 10.11.2022, 11:24,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"BakuBus" MMC-nin sürücüsü 84 yaşlı piyadanı vurub öldürərək hadisə yerindən qaçıb.
Telexeber.az "Report"a istinadən xəbər verir ki, hadisə noyabrın 9-da paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Məmişov Valeh Musa oğlu idarə etdiyi "BakuBus" MMC-yə məxsus "BMC" markalı 141 nömrəli marşurut avtobusu ilə hərəkətdə olarkən piyada yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Dadayev Qesabulla İsgəndər oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə Q.Dadayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakta bağlı Yasamal Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.