Ərdoğandan nümunəvi davranış - Türkiyə kasıb ölkələri unla təmin edəcək

“Türkiyə ilə bir sıra kritik məsələlər barədə razılığa gəldik”.

Telexeber.az xəbər verir ki, Türkiyədə Akkuyu atom elektrik stansiyasının açılış mərasiminə canlı bağlanan Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, Rusiya və Türkiyə arasındakı əməkdaşlıq qarşılıqlı fayda və mehriban qonşuluq kimi prinsiplərə əsaslanır. Putinin sözlərinə görə, iki ölkə iqtisadi və ticarət sahəsində əlaqələrini daha da inkişaf etdirmək istəyir.

“Türkiyə artıq nüvə enerjisi ölkəsi olacaq. Nüvə enerjisi dünyada ən ucuz enerji növlərindən biridir. Türkiyədə təbii qaz mərkəzi yaradılacaq. Bu mərkəzdən təbii qaz satılacaq. Biz kənd təsərrüfatı məhsullarının ixracını çoxaltmaq və qida təhlükəsizliyinin koordinasiyasını artırmaq qərarına gəldik. Cənab Ərdoğanın kasıb ölkələrə un çatdırılması təklifi var. Bu unu Türkiyə zavodları istehsal edəcək”, - Putin bildirib.
Популярный ролик