“Vaqner”i bağışlayan Putin, yalnız ona mərhəmət etmədi
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidenti Vladimir Putin “Vaqner” muzdlu birliyin üsyanından sonra xalqa müraciətində diqqətçəkən ifadələr səsləndirib.
Telexeber.az xəbər verir ki, Putin “Vaqner” döyüşçülərinə verdiyi sözə əməl edəcəyini ifadə edib. O döyüşçülərə 3 seçim təqdim edib - ya orduya qoşulacaqlar, ya Belarusa gedəcəklər, ya da evlərinə qayıdacaqlar. Çıxışı zamanı Putin “Vaqner”in döyüşçüləri barədə cəza nəzərdə tutulduğuna dair ifadə səsləndirməyib. Lakin Putin “qiyam liderləri ədalət qarşısında cavab verəcəklər” deyə bildirib. Ekspertlər bildirib ki, Putin bu sözlərlə köhnə dostu “Vaqner” lideri Yevgeni Priqojini hədəfə alıb. Analitiklər hesab edir ki, Putin “Vaqner” döyüşçülərini bağışlasa da, Yevgeni Priqojinə mərhəmət etməyəcək.
Qeyd edək ki, tərəflər arasında razılaşmanın əldə edildiyi, Yevgeni Priqojinin Belarusda qalacağına dair xəbərlər dərc edilmişdi. Həmçinin Belarusda “Vaqner” döyüşçüləri üçün düşərgələrin qurulduğu barədə də məlumatlar var.