"Vaqner"i bununla təhdid ediblər deyə, qiyam dayandırılıb - Kondratyuk
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya xüsusi xidmət orqanları "Vaqner" özəl hərbi təşkilatının üzvlərini ailələri ilə təhdid edib. Bu təhdiddən sonra təşkilatın rəhbəri Yevgeni Priqojin Moskvaya doğru hərəkəti dayandırmalı olub.
Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri, general-leytenant Valeri Kondratyuk deyib.
"Priqojin nə etdiyini və nəticələrin nə ola biləcəyini bilirdi. O, üsyan etməyə hazırlaşırdı və ailəsi təhlükəsiz yerdə idi. Bilirəm ki, oğlu Afrikada, qızı və arvadı isə təhlükəsiz yerdədir. Onun qaldırdığı silahlı qiyamla Putin dünya və daxili auditoriya qarşısında mümkün olan hər şeyini itirdi", - Kondratyuk bildirib.