Rus və ABŞ təyyarələri qarşı-qarşıya gəldi - Gərginlik
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya təyyarələri Suriyada ABŞ-nin pilotsuz təyyarələrini təqib edib.
Telexeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələri Komandanlığı məlumat verib. Komandanlıq Rusiya qırıcılarının bu davranışını “təhlükəli” və “qeyri-peşəkar” hərəkətlər adlandırıb.
Məlumata görə, ABŞ-ın 3 MQ-9 PUA-sı İŞİD hədəflərinə qarşı hərbi əməliyyat həyata keçirərkən, Rusiyanın 3 döyüş təyyarəsi PUA-ları təqib etməyə başlayıb. Rus döyüş təyyarələrinin normalara və protokollara zidd hərəkət etdiyi qeyd edilib.
"Rusiya təyyarələri PUA-ların qarşısına çoxlu paraşüt işıqlandırma bombaları ataraq, PUA-ları qaçış manevrləri etməyə məcbur edib” – açıqlamada deyilir.