Pxenyan ABŞ-ın sorğusuna cavab vermir
Facebook
Вконтакте
Одноклассники
Google+
Pxenyan Şimali Koreya sərhədini keçən ABŞ əsgərinin ekstradisiyasına dair sorğulara cavab vermək istəmir.
Telexeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib. Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, , Müdafiə Nazirliyi Koreya Xalq Ordusundakı həmkarları ilə ünsiyyət qurmağa çalışıb. Lakin Şimali Koreya tərəfi cavab verməyib. Miller əlavə edib ki, Ağ Ev, Pentaqon və Dövlət Departamenti əsgərin təhlükəsizliyi və onun ölkəyə qayıtması üzərində birgə işləyir.
Qeyd edək ki, ABŞ ordusunun hərbçisi Trevis Kinq bilərəkdən Cənubi Koreya sərhədini keçərək, Şimali Koreyaya qaçıb. Onun sıravi əsgər olduğu deyilir.