Rusiya NATO ilə müharibə istəmir - Britaniya

Rusiya NATO ilə müharibə istəmir.

Telexeber.az xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Entoni Radakin deyib.
Onun sözlərinə görə, bu, Rusiya üçün çətin ola bilər: “Rusiya təhlükəli ölkə olduğunu nümayiş etdirib, lakin NATO qoşunları ilə üz-üzə gəlmək onun üçün mürəkkəb ola bilər”.

E.Radakin bildirib ki, Rusiyanın NATO-ya qarşı hər hansı hücumu ciddi nəticələrə səbəb olacaq: “Məsələ burasındadır ki, Rusiya ordusu Ukraynada hələ bütün strateji tapşırıqları yerinə yetirə bilməyib. Rusiya ordusu daimi döyüş əməliyyatları aparmaq iqtidarında olmadığını nümayiş etdirib. Onun hava qüvvələri havaya nəzarəti ələ keçirə bilməyib. Rusiya donanmasının 25 faizini itirib. Rusiya ordusu, həmçinin 3000-ə yaxın tank, 1500-ə yaxın artilleriya qurğusu və 5000-dən çox zirehli döyüş maşını itirib”.
Популярный ролик