Nikki Heyli ABŞ prezidentliyi uğrunda mübarizədən geri çəkildi
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ-nin NATO-dakı keçmiş daimi nümayəndəsi Nikki Heyli prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.
Telexeber.az-ın məlumatına görə, bunu Heyli Cənubi Karolina ştatının Çarlston şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib. "Kampaniyamı dayandırmağın vaxtı gəldi", - Heyli bildirib. Respublikaçıların prezidentliyə namizədliyi uğrunda mübarizədə Donald Trampın son rəqibi olan Heyli Super Çərşənbə axşamı günü 15 ştatdan yalnız birində - Vermontda qalib gələ bilib.