Helikopter qəzasından sağ çıxan yeganə şəxs - FOTO

İran prezidenti İbrahim Rəisinin düşdüyü qəzadan sağ çıxan yeganə şəxs olan mühafizəçi Cavad Mehrabinin görüntüləri üzə çıxıb.

Telexeber.az bildirir ki, bu barədə İran mediasında görüntülər yayılıb. Məlumata görə, mühafizəçi Məşhəd şəhərində yas mərasimində iştirak edib.
Xatırladaq ki, qəzada həlak olan şəxslərin ilkin siyahısında Cavad Mehrabinin də adı var idi. Sonradan onun sağ olması ilə bağlı məlumat verilib.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Популярный ролик